Saytımızı qiymətləndirin


 
 

KİV: “Ukrayna ordusu Xersona snayper atəşi məsafəsindədir"
Tarix: 04-07-2022 | Saat: 11:17
Bölmə:Karusel / Region | çapa göndər

 

Rusiya Xerson şəhərinin müdafiəsini YARDI

Qarabaginfo.az UNIAN-a istinadən məlumat verir ki, bu barədə “The Economist” nəşri yazıb.

“Xerson uğrunda döyüşlər son dərəcə çətin olacaq. Çünki tərəflərdən heç biri təslim olmaq istəmir. Ukrayna qərbdən və şimaldan əks-hücuma hazırlaşdıqca döyüşlər şiddətlənəcək”, - qəzet yazıb.

Bununla belə, “The Economist”in materialına görə indi baş verənlər hələ tam əks-hücum demək deyil: “Ukrayna ordusunun əsas diqqəti şərqdə rus qoşunlarının davamlı irəliləyişini dayandırmağa yönəlib. Əsgərlər sursat və şəxsi heyətin çatışmazlığından şikayətlənirlər. Lakin Qərb raket sistemlərinin daha çox tədarükü durumu kökündən dəyişə bilər. İndi cənub istiqamətində yalnız bir neçə M777 haubitsa yerləşdirilib”.

Həmçinin qeyd edilir ki, Rusiya müdafiə xəttini daim təkmilləşdirir, yerin altında möhkəmləndirilmiş bunkerlər tikirlər: “Rusiya qoşunlarının yerli əhalini canlı qalxan kimi istifadə etməsi vəziyyəti daha da çətinləşdirir”.((Report)



Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər