Saytımızı qiymətləndirin


 
 

Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb
Tarix: 01-07-2022 | Saat: 06:08
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynada yaşayış binasının vurulması nəticəsində 10 nəfər ölüb

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.

“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestryanı rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - deyə məlumatda deyilir.

Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.

İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.



Xəbəri paylaş

1196 dəfə oxunub.

Digər xəbərlər