Saytımızı qiymətləndirin


 
 

Avropada isti hava rekord göstəriciyə səbəb olub
Tarix: 30-06-2022 | Saat: 23:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avropada isti hava rekord göstəriciyə səbəb olub

Avropanı bürüyən isti hava dalğası iyun ayında bir neçə temperaturun rekord həddə artmasına səbəb olub.

Qarabaginfo.az BBC-ə istinadən xəbər verir ki, bəzi yerlərdə temperatur normadan 20°C yuxarı olub.

Bildirilir ki, xüsusən də Norveçin Banak yarımadasında çərşənbə günü 32,5°C temperatur qeydə alınıb ki, bu da Avropanın Şimal dairəsində indiyə qədər qeydə alınmış ən yüksək temperatur hesab olunur. Bu ərazidə orta aylıq temperatur 13 dərəcə olur.

Polşada bazar ertəsi termometrlər +30°C-i, Almaniyanın şərqində isə +37°C-ni göstərib.

Sloveniya və Xorvatiyada da rekord temperatur qeydə alınıb.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər