Saytımızı qiymətləndirin


 
 

Baş nazirin müavini: "2 mindən çox ukraynalı uşaq məcburi şəkildə Rusiyaya aparılıb"
Tarix: 30-06-2022 | Saat: 16:01
Bölmə:Karusel / Region | çapa göndər

Ukrayna Başbakan Yardımcısı İrina Vereşuk: "Bugün insani koridorlar açılmayacak" - Haberlobi - Bugün dünyayı okuyun

"İndiyədək 2 mindən çox ukraynalı uşaq məcburi şəkildə Rusiyaya aparılıb".

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiya naziri İrina Vereşuk deyib.

“İndi bizdə məlumat var ki, uşaqlarımızın iki mindən çoxu qeyri-qanuni olaraq Rusiyaya aparılıb. Lakin biz hələ bütün uşaqlar haqqında məlumatları toplamamışıq və dəqiqləşdirməmişik”, - o söyləyib.

Vereşuk, həmçinin əlavə edib ki, hakimiyyət uşaqların qohumları və dostlarının müraciətləri ilə ciddi məşğul olur:

“Beləliklə, indiyə kimi 44 uşağın geri qaytarılmasına nail olmuşuq”.

O xatırladıb ki, daha əvvəl Ukrayna Ali Radası oğurlanmış ukraynalı uşaqların rus ailələrinə övladlığa götürülməsinin yolverilməzliyi ilə bağlı BMT-yə müraciət edib.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər