Saytımızı qiymətləndirin


 
 

Britaniya Ukraynaya əlavə 1 milyardlıq hərbi yardım verəcək
Tarix: 30-06-2022 | Saat: 11:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya Ukraynaya əlavə 1 milyardlıq hərbi yardım verəcək

Böyük Britaniya Ukraynaya əlavə olaraq 1 milyard funt sterlinq hərbi yardım verəcək.

Qarabaginfo.az "Evening Standard"a istinadla xəbər verir ki, bu barədə hökumətin bəyanatında deyilir.

“Ukraynaya dəstək üçün ayrılan məbləğ Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsinə, o cümlədən müasir hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, yeni innovativ elektron döyüş texnikası və ukraynalı əsgərlər üçün minlərlə həyati ləvazimata yönəldiləcək”, - deyə məlumatda qeyd olunur.

Böyük Britaniyanın yeni öhdəliyi hazırda Madriddə keçirilən NATO sammitində razılaşdırılmış Ukraynaya dəstək paketinin bir hissəsidir

Qəzet qeyd edir ki, Böyük Britaniyanın Kiyevə ümumi iqtisadi və hərbi yardımı 2022-ci ildə 3,8 milyard funt sterlinq təşkil edəcək.



Xəbəri paylaş

222 dəfə oxunub.

Digər xəbərlər