Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb - RƏSMİ
Tarix: 30-06-2022 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb – RƏSMİ

 

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Xatırladaq ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər. Suçiçəyi və meymunçiçəyi iki fərqli xəstəlikdir, törədiciləri də müxtəlifdir, çünki fərqli viruslardır. Suçiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan-insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.

meymunçiçəyi virusunun əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Suçiçəyi ilə müqayisədə meymunçiçəyi virusu zamanı səpgilər daha dərin və həcmli olurlar. Simptomlar arasında əsas fərq meymunçiçəyi virusuna yoluxma zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya).

Qeyd edək ki, iyunun 30-da Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə alınıb.



Xəbəri paylaş

232 dəfə oxunub.

Digər xəbərlər