Saytımızı qiymətləndirin


 
 

İsveç-Türkiyə anlaşması kürd deputatı hiddətləndirdi
Tarix: 29-06-2022 | Saat: 14:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə anlaşması İsveç parlamentinin partiyasız (müstəqil) üzvü, kürd əslli, PKK sevdalısı olduğu iddia edilən Əminə Kakabavahı özündən çıxarıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsveçdə yaşayan soydaşımız, tanınmış bloger Vahid Qazi bildirib.

Onun sözlərinə görə, “Aftonbladet” qəzetinə açıqlamasında İsveçlə Türkiyə arasısında memorandumun imzalandığı günü – 28 iyunu “qara gün” adlandıran Əminə Kakabavah hakimiyyəti kürdləri qurban verməkdə ittiham edib.
 

“Xatırladım ki, hazırkı hakimiyyət məhz onun səsi hesabına parlamentdə lazım olan 1 səs üstünlüyü ilə çoxluğu qazana bilib. Səsini geri çəkəcəyi halda ölkədə hakimiyyət böhranı yaşana bilərmi? Fikrimcə, Maqdalena Andersonun hakimiyyəti payızda keçiriləcək seçkilərə qədər Kakabavahın təhdidlərinə tab gətirə biləcək.

Onu da deyim ki, Kakabavah tək deyil, bu anlaşma həm də Putin Rusiyası üçün qara gündür. Artıq NATO onun şimal sərhədlərini - lap Sankt-Peterburqacan- və Baltik dənizini tam nəzarətə götürmüş olur”, - V.Qazi bildirib.



Xəbəri paylaş

213 dəfə oxunub.

Digər xəbərlər