Saytımızı qiymətləndirin


 
 

NATO Baş katibi: “Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb”
Tarix: 28-06-2022 | Saat: 18:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

NATO Baş katibi: “Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb”

NATO Çini düşmən kimi qəbul etmir. Ancaq Alyans tezliklə dünyanın ən böyük iqtisadiyyatı olmaq istiqamətində irəliləyən bu ölkənin Rusiyanın Ukraynanı işğal etməsini pisləməməsindən təəssüflənib.

Qarabaginfo.az xəbər verir ki, bunu Baş katib Yens Stoltenberq NATO Sammiti çərçivəsində İctimai Forum - İqlim və Təhlükəsizlik üzrə Yüksək Səviyyəli Dialoqda bildirib.

“Təəssüf ki, Çin NATO ilə, Qərblə bağlı yanlış narrativlər yayır. İndi Çin və Rusiya heç vaxt olmadığı qədər yaxınlaşıb. Biz fevralın əvvəlində Çin və Rusiya liderlərinin ortaq bəyanatını gördük. Bu bəyanatda biz Çinin NATO-nun genişlənməsinə və alyansa qarşı əks mövqedə olduğunu gördük”, - Baş katib əlavə edib.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər