Saytımızı qiymətləndirin


 
 

“Şərqi Azəri” platformasının profilaktik işlər proqramı başa çatıb
Tarix: 28-06-2022 | Saat: 16:29
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

“Azəri-Çıraq-dərinsulu Günəşli” layihəsi üzrə neft hasilatı 3 milyard barrelə çatıb - AZƏRTAC

BP “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Şərqi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirib.

Bu barədə Qarabaginfo.az-a AÇG yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Məlumata görə, plana əsasən “Şərqi Azəri” platformasından hasilat iyun ayının 13-dən başlayaraq 15 gün müddətinə dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Proqram dünən gecə təhlükəsiz və uğurlu şəkildə başa çatıb.

Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən məşəl alışdırma sisteminin modernləşdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçirilib.

Proqramın iş həcminə həmçinin “Şərqi Azəri” platformasında izolyasiyalı qaz ötürücü və işəsalma modulunun quraşdırılması işləri də daxil idi. Bu işlər ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan yaradacaq.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2021-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edib.

Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər