Saytımızı qiymətləndirin


 
 

DİM-in imtahanlardakı qazancı - 20 milyon manat
Tarix: 28-06-2022 | Saat: 09:54
Bölmə:Karusel / Təhsil | çapa göndər

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. İkinci dəfədən sonra isə imtahanlarda iştirak ödənişlidir.

 

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama edilən dəyişikliyə əsasən, aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

 

-  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

-  şəhid ailəsinin üzvləri;

-  valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

-  məcburi köçkün statusu olan şəxslər;

-  I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

 

Belə ki, bu kateqoriyadan olmayan və qəbul imtahanlarının II cəhdində iştirak etmək istəyənlər 40 manat ödəniş edir. Magistr imtahanında iştirak etmək üçün ödəniş haqqı 50 manatdır. Bundan başqa, dövləq qulluqçusu olmaq istəyənlər də müvafiq olaraq AB kateqoriyası üzrə 118 manat, AC kateqoriyasıü üzrə 106 manat, BA kateqoriyası üzrə 94 manat, BB kateqoriyası üzrə 82 manat ödəniş etməlidir.

 

Göründüyü kimi, təkcə imtahanlardan DİM kifayət qədər gəlir əldə edir. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzinin funksiyalarını 2016-cı ilə qədər Tələbə Qəbulu üzrə Dövlət Komitəsi yerinə yetirib və onun xərclərini dövlət qarşılayıb.

 

 

Ekspert qeyd edib ki, 2016-cı ilin aprel ayında DİM publik hüquqi şəxs elan olunduqdan sonra gəlirlər onun  göstərdiyi xidmətlərə görə daxil olmağa başlayıb:

 

"DİM Azəbaycanda ali və orta ixtisas təhsil müəssisələrinə, dövlət qulluğuna qəbulu həyata keçirən bir qurumdur. Qurumun həyata keçirdiyi imtahanlar kifayət qədər şəffaf və obyektivdir. Eyni zamanda qurum beynəlxalq sertifikatlıdır. Yəni bütün imtahan iştirakçılarının bilik və bacarıqları obyektiv olaraq qiymətləndirilir. Təbii ki, göstərilən bu xidmətlərə görə, xidmət haqqı müəyyənləşdirilir. Zaman-zaman biz hesab edirik ki, xidmət haqları yüksəkdir və hər kəs üçün əlçatan deyil. Çünki dövlət qulluğuna imtahanlarda tələb olunan vəsait və digər  bu qəbildən vəsaitlər bizim üçün orta bazardan yuxarıdır. Biz imtahan vəsaitlərinin 5,10,20 manat olmasına öyrəşmişik. Ancaq hazırda qiymətlər kifayət qədər çoxdur".

 

K.Əsədov imtahanda iştirak edənlərin builki sayından da bəhs edib:

 

"DİM-in ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə keçirdiyi imtahanlarda bu il 91 mindən çox şəxs iştirak edib. Bu, böyük rəqəmdir. Nəzərə alaq ki, imtahanlarda iştirak üçün qiymət 40 manatdır. Eyni zamanda, bu il orta ümumtəhsil müəssisələrinin 11-ci sinifini 95 minə yaxın insan bitirib. Onlar imtahanlarda pulsuz iştirak etsələr də, dövlət onların imtahanda iştirakı üçün 40 manat ödəyir, yaxud 9-cu sinfi 40 minə yaxın şagird bitirir və onların hər birinin imtahanda iştirakı üçün dövlət yenə də 40 manat vəsait ödəyir. Ancaq nəzərə almalıyıq ki, DİM-in imtahan mövsümlərində gəlirləri kifayət qədər olsa da, burada kifayət qədər xərclər də var. İmtahanların təşkili keçirilməsi üçün təhlükəsizlik, test  tapşırıqlarının hazırlanması, yoxlanması bunlar hamısı böyük vəsaitlər tələb edir

 

Təkcə bir imtahan mövsümündə keçirilən ali və orta ixtisas müəssisələrinə imtahanlar üzrə DİM-ə 20 milyon manat vəsait daxil olur.

 

Ancaq DİM-in saxlanması üçün də kifayət qədər böyük xərclər var. DİM tərəfindən şəffaf imtahanların keçirilməsi, sualların yazılması, ekpertizası üçün böyük vəsitlər tələb olunur".

 

Ekspert imtahanların keçirilməsilə bağlı cəhdlərin sayınına artırılması məsələsinə də toxunub:

 

"Belə bir məsələ müzakirə edilmir. İmtahanların üçüncü mərhələsi olmayacaq. Yəni Ali və orta ixtisas müəssisələrinə qəbulla əlaqədar imtahan  yalnız və yalnız  2 mərhələ olacaq. Birinci imtahanlar artıq mayda bitib. 2-ci mərhələ isə iyulda olacaq. Bununla da proses yekunlaşacaq".




135 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 09:57Neft ucuzlaşdı