Saytımızı qiymətləndirin


 
 

Goranboyda 1 tondan çox yabanı narkotik bitkisi məhv edilib
Tarix: 25-06-2022 | Saat: 19:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Goranboyda 1 tondan çox yabanı narkotik bitkisi məhv edilib

Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda narkotik bitkisi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, Goranboy rayonunun Erkəc kəndi ərazisindən Mənəşli kəndi ərazisinədək 1,4 hektar sahədən 1 ton 613 kiloqram çəkidə 3585 ədəd yabanı halda bitən narkotik bitkisi toplanaraq yandırılıb.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər