Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.

İlk səfərdə 30 Füzuli sakini öz ata-baba yurdunu ziyarət edir. Onlar Füzuli rayonunun Merdinli kəndi, Füzuli şəhər mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar karvansaray kompleksi və Dövlətyarlı kəndində olacaqlar.