Saytımızı qiymətləndirin


 
 

Bred Pitt evinin bağçasında bir il xəzinə axtarıb
Tarix: 23-06-2022 | Saat: 20:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bred Pitt evinin bağçasında bir il xəzinə axtarıb

Hollivud ulduzu Bred Pitt “GQ” jurnalına müsahibəsində malikanəsinin həyətində xəzinə axtardığını etiraf edib.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, kimsə ona evinin bağçasında milyonlarla dollar dəyərində nəhəng bir xəzinənin basdırıldığını deyib.

Pitt radar avadanlığı aldığını və bir il ərzində malikanəsinin bağçasında xəzinə axtardığını və ona aludə olduğunu söyləyib.

Aktyor bildirib ki, bir il ərzində düşündüyü tək şey xəzinə olub: “Özümü olduqca axmaq hiss etdim, amma etiraf etməliyəm ki, xəzinə axtarmaq çox həyəcanlı idi. Xəzinə ovu ilə bağlı vəsvəsəm, uşaqlıq illərində qızıl tapmaq hekayələri ilə böyüdüyüm yerlə bağlı ola bilər”.

Hollivud ulduzu keçmiş həyat yoldaşı Ancelina Coli ilə boşandıqdan sonra psixi problemləri olduğunu bildirib. Pitt özünü tənha hiss etdiyini, qəlbi qırıq olduğunu, həyatın mənasını hər zaman şübhə altına aldığını dilə gətirib.

Hollivud karyerasında tənəzzülə uğradığını ifadə edən Pitt, həyatının son dövründə nə etməli olduğu ilə bağlı özünə davamlı suallar verdiyini deyib:

“Bir şeyi etmək məcburiyyətində olduğunuzu hiss etdiyiniz zaman başqa bir macəraya getməyin vaxtıdır”.  

 



Xəbəri paylaş

1219 dəfə oxunub.

Digər xəbərlər
7-09-2022, 09:20 Laçın, sən azadsan!