Saytımızı qiymətləndirin


 
 

Türkiyədə meşə yanğınları ilə mübarizəyə 45 helikopter cəlb olunub
Tarix: 23-06-2022 | Saat: 17:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədə meşə yanğınları ilə mübarizəyə 45 helikopter cəlb olunub

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda artıq bir neçə gündür meşə yanğınları davam edir.

 Muğlanın Marmaris rayonunda meydana gələn və 400 hektardan çox sahəni əhatə edən meşə yanğını ikinci gündə 5 ayrı istiqamətdə irəliləyir.

Yanğının söndürülməsinə 45 helikopter, 14 təyyarə, 253 yanğınsöndürən maşın, 26 su tankeri, 2 604 meşə mühafizəsi xidmətinin əməkdaşı və müxtəlif təşkilatlara məxsus 598 texnika cəlb olunub.

Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, Quru Qoşunlarına aid helikopterlerlə Marmarisdə davam edən yanğının söndürülməsinə dəstək verilir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə də Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Vahit Kirişci bildirib ki, havanın temperaturunun normadan yüksək olması və sərt külək yanğının canlanmasına səbəb olub.

Vahit Kirişçi ilə birlikdə bölgəyə gələn daxili işlər naziri Suleyman Soylu qeyd edib ki, ilk dəfə olaraq Türk Silahlı Qüvvələrinə aid və eyni anda 10 tona qədər su daşımağa qadir olan CH-47 Chinook tipli helikopter yanğınları söndürmək üçün cəlb edilib.




35 dəfə oxunub.

Digər xəbərlər