Saytımızı qiymətləndirin


 
 

Lavrovun Bakı səfəri: Rusiya İrəvanı sülhə məcbur edir?
Tarix: 23-06-2022 | Saat: 15:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

Lavrovun Bakı səfəri: Rusiya İrəvanı sülhə məcbur edir?

 

“Ermənistan Rusiyanın forpostu olan “müstəqil dövlət”dir.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Yenisabah.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

O, Rusiya XİN-in rəhbəri Sergey Lavrovun Bakıya səfərini şərh edib:

“10 noyabr bəyanatının və Moskvada keçirilən danışıqların nəticəsi olaraq Ermənistan üzərinə götürdüyü öhdəlikləri, təəssüflər ki, bu günə qədər yerinə yetirməyib. O bu məsələlərdə ləng addımlar atır. 

Əvvəla, nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycanla danışıqlarının gələcək taleyində atacağı hər bir təxribatçı addım təkcə Azərbaycana deyil, həm də 10 noyabr bəyanatının 3-cü tərəfi olan Rusiyaya qarşıdır. Bu baxımdan Ermənistanın özbaşına hansısa bir formada Rusiyaya etiraz etmək və yaxud Rusiyanın siyasi xəttinə qarşı çıxmaq kimi bir imkanı yoxdur, çünki müstəqil dövlət deyil. O, Rusiyanın forpostu olan “müstəqil dövlət”dir. 

Ermənistan regionda Rusiyanın vasitəçilik missiyasının daha uzun müddətli olmağına səy göstərir. Yəni nə qədər ki, danışıqlarda Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu Rusiyanın həm Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı, həm də digər məsələlərlə bağlı regionda söz sahibi olmaq və eyni zamanda vasitəçi moderator qismində iştirak etmək imkanlarını genişləndirmiş olur.

Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcək taleyi Ermənistanın iradəsindən daha çox Rusiyanın siyasi iradəsindən asılıdır. Sergey Lavrovun Bakıya ikigünlük səfərində Azərbaycanı narazı salan bir sıra məqamların onun diqqətinə çatdırılacağını güman edirəm”.




32 dəfə oxunub.

Digər xəbərlər