Saytımızı qiymətləndirin


 
 

Hökumət DSMF-nin bəzi xərclərini AZALTDI
Tarix: 22-06-2022 | Saat: 11:52
Bölmə:Karusel / Sosial | çapa göndər

“Yenilənmiş dövlət büdcəsində pandemiya ilə bağlı bəzi müavinət xərclərinin azaldılması nəzərdə tutulur".

 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədrinin sözlərinə görə müavinətlərə ayrılan vəsaitin azaldılması pandemiyanın təsirinin azalması ilə bağlıdır: 

 

"Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanununda təklif olunan dəyişikliyə əsasən, uşağın anadan olmasına görə müavinətin məbləğinin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatıdırılması nəzərdə tutulub. Bu artım uşağın doğulmasına görə məbləğin bu ilin əvvəlində 200 manatdan 300 manata qədər artırılması ilə bağlıdır. Bütün bu dəyişikliklər dürüstləşdirmə xarakteri daşıyır və əhalinin sosial təminatının davamlılığının təmin olunması strategiyasına xidmət edir”.(modern.az)



Xəbəri paylaş

1200 dəfə oxunub.

Digər xəbərlər