Saytımızı qiymətləndirin


 
 

BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşüb
Tarix: 17-06-2022 | Saat: 22:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri ilə görüşüb

17 iyun 2022-ci il tarixində ADA Universitetində BMT-nin Cenevrə Bölməsinin Baş direktoru, BMT Baş katibinin müavini xanım Tatyana Valovayanın Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin nümayəndələri və ADA Universitetinin tələbələri ilə görüşü baş tutub.

XİN-dən verilən məlumata görə, T.Valovaya çıxışında müasir dünyanın qarşılaşdığı çoxsaylı çağırışlar, o cümlədən iqlim dəyişikliyi, COVID-19 pandemiyası nəticəsində daha da kəskinləşən sosial və iqtisadi çağırışlar, qida təhlükəsizliyi, BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində səylərin gücləndirilməsinin vacibliyi barədə danışıb. Qlobal çağırışların öhdəsindən gəlmək üçün qlobal həll yollarının tələb olunduğunu qeyd edən Baş direktor dövlətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatların, akademik dairələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin iştirakı ilə çoxtərəfli sistemin vacibliyinə diqqət çəkib. T.Valovaya qlobal çağırışların həlli üzrə müzakirələrdə gənclərin iştirakının vacibliyindən danışarkən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis edildiyini təqdir edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər