Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Qran-Prisini izləyənlərin sayı AÇIQLANDI
Tarix: 16-06-2022 | Saat: 16:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Paytaxtımız altıncı dəfə Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi edib. Təkcə yarış həftəsonunda Bakı yarışı barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.

 

Bu barədə Qarabaginfo.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

 

Qeyd edilib ki, avtoidmanın zirvəsi hesab olunan Formula 1 yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir. Qlobal televiziya izləyicisi 1.55 milyard olan Formula 1 yarışlarını ESPN, Sky Sports, Motorsport, Autosport kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.

 

Ənənəvi media ilə yanaşı, Azərbaycan Qran Prisi sosial mediada da gündəmdə olub. Təkcə Formula 1-in Youtube kanalında Bakı yarışı haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçib. Tvitterdə isə yarış zamanı #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.

 

Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, ötən il 2021 Formula 1 Azərbaycan Qran Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələyib.

 

Bundan başqa, Bakı yarışı ABŞ-ın məşhur onlayn platforması Netflix-də yayımlanan “Drive to survive” serialında dörd mövsümdür ki, yayımlanır. Beşinci mövsümün üçün çəkilişi üçün yaradıcı qrup Bakı yarışını lentə aldı. Qeyd edək ki, bu platformanın qlobal olaraq 221.64 milyon abunəçisi var.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər