Saytımızı qiymətləndirin


 
 

Erməni xalqı çörək, iş və sabitlik istəyir - Ramil Usubov ermənilərin durumundan danışdı
Tarix: 14-06-2022 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Erməni xalqı Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir, bunu "Azərbaycan" qəzetinə müsahibəsində Azərbaycanın Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov deyib.

"Sülh müqaviləsinin imzalanmasına süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər", - Usubov deyib.
O əlavə edib ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var.
Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə "müharibə partiyası - hərbi xunta"nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. ",- Usubov bildirib.


Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər