Füzuli Rayon Polis Şöbəsinin və Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, tədbir zamanı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yabanı halda bitmiş 328 ədəd çətənə kolu yandırılaraq məhv edilib.