Saytımızı qiymətləndirin


 
 

TƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıb
Tarix: 13-06-2022 | Saat: 13:30
Bölmə:Karusel / Hadisə | çapa göndər

TƏBİB qəzaya düşən məktəblilərin durumu ilə bağlı daha bir məlumat yayıb

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır.  

TƏBİB-dən Qarabaginfo.az-a verilən məlumata görə, vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq. 

Qeyd olunub ki, vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib: "Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub. Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir". 

"Xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək belə bir addım atıb. Bir daha vurğulayırıq ki, Kütləvi İnformasiya Vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir" - məlumatda bildirilib.




138 dəfə oxunub.

Digər xəbərlər
11-05-2022, 12:54 Sabahın hava proqnozu