Saytımızı qiymətləndirin


 
 

Müəllim və şagirdləri daşıyan avtobusda yaralıların sayı 10-a çatıb, ikisinin vəziyyəti ağırdır
Tarix: 13-06-2022 | Saat: 06:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

Müəllim və şagirdləri daşıyan avtobusda yaralıların sayı 10-a çatıb, ikisinin vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB 1

Bakıdan Qəbələyə istirahət məqsədi ilə gedən Bakının 279 saylı tam orta məktəbinin müəllim və şagirdlərini daşıyan avtobusda yaralananların sayı artıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya aparılan 10 yaralıdan ikisinin vəziyyəti ağırdır.

Onlar 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğludur.

Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Qəbələdən Bakıya turistləri aparan avtobusun Şamaxıda qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində yaralanaraq xəsətəxanaya yerləşdirilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsindən olan sakinlərin adları aşağıdakılardır:

1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı;

2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı;

2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı;

1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı;

1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı;

1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı;

2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı;

2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu;

Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub.(Apa)




144 dəfə oxunub.

Digər xəbərlər