Saytımızı qiymətləndirin


 
 

Gürcüstan hökuməti Prezidentin üç ölkəyə səfərinə icazə verməyib
Tarix: 10-06-2022 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Brüsseldə işgüzar səfərdə olan dövlət başçısı özü bildirib.

Prezident deyib ki, üç ölkəyə səfərlər çərçivəsində Gürcüstana Avropa İtifaqına üzvlüyə namizəd statusunun verilməsi barədə danışıqlar aparmağı planlaşdırırdı: “Mənə bildirdilər ki, hökumət statusun alınması prosesinin dəstəklənməsi üçün hər şey edib”.

S.Zurabişvili Gürcüstanın Avropadan başqa gələcəyinin olmadığını qeyd edib: “Mən Gürcüstana qayıdıram və bu gələcəyi orada müdafiə edəcəyəm”.



Xəbəri paylaş

1206 dəfə oxunub.

Digər xəbərlər