Saytımızı qiymətləndirin


 
 

Ermənistan Rusiyadan bərə ilə yük daşımağa hazırlaşır...-Gürcüstan icazə verəcəkmi?...
Tarix: 07-06-2022 | Saat: 11:56
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan Rusiyadan bərə ilə yük daşımağa hazırlaşır...-Gürcüstan icazə verəcəkmi?...
Ermənistan  həmin bərə ilə Rusiyadan silah da daşıya bilər...
Qara dənizdəki Ermənistan bərəsi vaxtında işə düşəcək və yüklərin Rusiyaya, eləcə də əks istiqamətdə daşınmasını sürətləndirəcək. 
Qarabaginfo.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan iyunun 6-da Milli Assambleyada daimi parlament komissiyalarının birgə iclasında 2021-ci il dövlət büdcəsinin icrasının ilkin müzakirəsi zamanı bildirib.
 
"Kerobyan qeyd edib ki, bu gün Yuxarı Lars keçid məntəqəsində yaranmış vəziyyətə görə erməni istehsalçıları, ixracatçıları və idxalçıları böyük itkilərə məruz qalırlar.
 
Onun sözlərinə görə, indiki vəziyyətdə Ermənistanın istifadə etməyi planlaşdırdığı Qara dənizdən keçən bərə böyük fayda verəcək.
 
“Bu yaxınlarda hökumət üzvləri logistika şirkətləri ilə işləmək qaydası ilə bağlı razılığa gəliblər. Yeganə sual onun Gürcüstan limanlarında yerləşdirilməsi üçün icazə almaqdır. Yaxın vaxtlarda gürcü həmkarlarımızla məsələlər öz həllini tapacaq”, - deyə nazir əmin edib.
 
Eyni zamanda Kerobyan qeyd edib ki, normal şəraitdə  bərə o qədər də effektiv olmayacaqdı, çünki avtomobil nəqliyyatına ən azı 2-3 gün uduzacaqdı.
 
“Lakin indi Larsda maşınları 20 gün dayandığı üçün bərə ilə yük daşımaq daha sürətli olacaq. Əvvəldə qeyd etdiyimiz kimi, bərə iyunun 15-dən fəaliyyətə başlamalıdır. O, tez xarab olan və iriqabaritli yüklərin ən azı bir hissəsini qəbul edə biləcək”, - deyə İqtisadiyyat Nazirliyinin rəhbəri qeyd edib.
 
O, həmçinin xatırladıb ki, hökumət 6 ay ərzində bərə daşıma xərclərini tam olaraq subsidiyalaşdıracaq.
 
Bərə "Cənubi Qafqaz Dəmir Yolu" və onun ana şirkəti Rusiya Dəmir Yolları ilə müqavilə bağlamış "C&M International" logistika şirkəti tərəfindən idarə olunacaq.
 
Şirkət bərə icarəyə götürəcək və həftədə iki reys həyata keçirəcək: Gürcüstanın Poti limanından Rusiya Qafqazına gediş və gəliş. Bərənin daşıma qabiliyyəti 50 yük maşını və 40 vaqon olacaq" -Ermənistan nəşrinin xəbərində belə deyilir.
 
P.S. Bəs görəsən, Gürcüstan  ermənilərə öz quru ərazisi və suları vasitəsilə yük daşımağa icazə verəcəkmi? Ermənistan  həmin bərə ilə Rusiyadan silah da daşıya bilər...
(moderator.az)


Xəbəri paylaş

1191 dəfə oxunub.

Digər xəbərlər