Saytımızı qiymətləndirin


 
 

Baş Prokurorluqdan Aysel Əskərovanın anasının öldürülməsi iddiasına - Cavab
Tarix: 06-06-2022 | Saat: 18:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Baş Prokurorluqdan Aysel Əskərovanın anasının öldürülməsi iddiasına

Baş Prokurorluq həkim-terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.

Qurumdan bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

“Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Aysel Əskərova sosial şəbəkə hesabında anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.



Xəbəri paylaş

1213 dəfə oxunub.

Digər xəbərlər