Saytımızı qiymətləndirin


 
 

Macarıstan və Ukrayna arasında qalmaqal yaranıb
Tarix: 05-06-2022 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Macarıstan və Ukrayna arasında qalmaqal yaranıb

Macarıstan və Ukrayna arasında qalmaqal yaranıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Macarıstan parlamentinin sədri Laslo Kyover “Hir TV” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin psixi problemlərdən əziyyət çəkdiyini və xarici ölkələrin liderlərinə hücumlarının da bununla bağlı olduğunu bildirib.

 

Laslo Kyover deyib ki, Vladimir Zelenskinin digər dövlətlərin başçılarına münasibətdə belə tona yol verməsi qəbuledilməzdir.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko isə Laslo Kyoverə psixi sağlamlığı ilə bağlı arayış təqdim etməyi təklif edib.

Qeyd edək ki, Macarıstan Baş naziri Viktor Orban Rusiyaya qarşı qaz embarqosuna münasibətlə fərqli mövqeyi ilə seçilib. Avropa İttifaqının 6-cı sanksiya paketində Rusiya qazının alışı ilə bağlı da məhz Macarıstana güzəşt tətbiq olunub. Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstan Baş nazirinin mövqeyini tənqid edib.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər