Saytımızı qiymətləndirin


 
 

“Rusiya nümayəndələri ilə danışıqlar aparmağın mənası yoxdur” - Podolyak
Tarix: 04-06-2022 | Saat: 21:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Rusiya nümayəndələri ilə danışıqlar aparmağın mənası yoxdur”

“Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar dayandırılıb, çünki Rusiya Ukraynanın şərqindəki problemin hərbi yolla həllinə inanır”.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Bu gün danışıqlara fasilə verilir. Çünki Rusiya hələ də ölkəmizin şərqində məsələnin hərbi yolla həllinə arxalanır. Onlar ora böyük miqdarda resurs, ehtiyat, işçi qüvvəsi cəmləyiblər. Ümumiyyətlə, onlar öz xalqına istehlak materialı kimi yanaşırlar. Onlar ərazimizin bir neçə kilometrini ələ keçirmək istəyirlər və daha güclü mövqedə olduqdan sonra danışıqlar tələb edirlər”, - o vurğulayıb.

Podolyakın sözlərinə görə, Ukrayna tərəfi rusların taktikasını başa düşür:

“Rus qoşunlarını Ukrayna sərhədlərinə mümkün qədər sıxışdırmayana qədər Rusiya nümayəndələri ilə danışıqlar aparmağın mənası yoxdur”.

Podolyak daha əvvəl bildirmişdi ki, indi Rusiya ilə danışıqlar yalnız humanitar məsələlər üzrə davam edir, tərəflər əsirlərin mübadiləsi, humanitar dəhlizlər və insanların təxliyəsini müzakirə edir.



Xəbəri paylaş

1210 dəfə oxunub.

Digər xəbərlər
18-01-2018, 15:36 Bakıda banka basqın olub