Saytımızı qiymətləndirin


 
 

Musiqili Teatr Belarusda Beynəlxalq Teatr Festivalında çıxış edəcək
Tarix: 03-06-2022 | Saat: 20:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Musiqili Teatr Belarusda Beynəlxalq Teatr Festivalında çıxış edəcək

23-27 iyun tarixlərində Belarus Respublikasının Mogilyov vilayətinin Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Teatrdan verilən xəbərə görə, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarının qatıldığı festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünya şöhrətli yazıçı Fyodr Dostayevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa ilə təmsil edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən səfərdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov və teatrın səs rejissoru Məhəmməd Məmmədov iştirak edəcəklər.

Tamaşa iyunun 25-də festival iştirakçılarına təqdim olunacaq.

Həmçinin Azərbaycanı təmsil edən nümayəndə heyəti beynəlxalq layihənin proqramına əsasən ölkələrarası mədəni əlaqələrin inkişafına dair müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edəcək, Akademik Musiqili Teatrla başqa sənət ocaqları arasında əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanacaq.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər