Saytımızı qiymətləndirin


 
 

Zelenski: "Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib"
Tarix: 02-06-2022 | Saat: 15:23
Bölmə:Karusel / Region | çapa göndər

Zelenski: "Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib"

Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanı ukraynalıların davamlı şəkildə məcburi deportasiyası siyasəti yürütməkdə ittiham edib.

Qarabaginfo.az CNN-ə istinadən xəbərinə görə, Zelenski bildirib ki, müharibə başlayandan Rusiya 200 min uşağı Ukraynadan öz ərazisinə deportasiya edib.

Əlavə edib ki, bunlar körpələr evində olan, valideynlərini itirmiş və ya valideynlərindən uzaq düşmüş uşaqlardır.

Zelenski qeyd edib ki, Moskva deportasiya etdiyi ukraynalıları Rusiyanın ucqar bölgələrində məskunlaşdıraraq onlara Ukrayna ilə əlaqələrini unutdurmağa çalışır.

Ukrayna Prezidenti bildirib ki, müharibə başlayandan Ukraynada 243 uşaq qətlə yetirilib, 446 uşaq yaralanıb, daha 139 uşaq isə itkin düşüb.



Xəbəri paylaş

1176 dəfə oxunub.

Digər xəbərlər