Saytımızı qiymətləndirin


 
 

Aysel Şükürova gecə klubu sahibini polisə verdi
Tarix: 02-06-2022 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aysel Şükürova gecə klubu sahibini polisə verdi

Bloger Aysel Şükürova gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edib.

Qarabaginfo.az xəbər verir ki, bloger bu barədə sosial media hesabında paylaşım edib.

O bildirib ki, partlayışda itirdiyi pullar və xəstəxana xərcləri qarşılanmayıb:

“Uzun müddətdir ki, “Medera” klinikasında müalicə alıram. Klub rəhbərliyi mənə dəymiş ziyanı geri qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi ödəyirlər. Təkcə mənim yox, digər zərərçəkənlərin də pulunu vermirlər. Mənə dedilər ki, 15 gün vaxt verin, amma artıq 1 ay keçib. Lazım olan yerlərə şikayət etmişəm. Ümid edirəm ki, layiq olan cəzalarını alacaqlar”.

Qeyd edək ki, Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Partlayış nəticəsində yaralananlardan biri də Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı, bloger Aysel Şükürova olmuşdu.



Xəbəri paylaş

221 dəfə oxunub.

Digər xəbərlər