Ağdamın işğaldan azad olunmuş Qərvənd kəndində yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub.

Bu barədə Qarabaginfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən 1 hektar sahədə bitmiş 1 ton 3 kiloqram (1503 ədəd) çətənə kolu toplanaraq məhv edilib.