Saytımızı qiymətləndirin


 
 

Ermənistan müdafiə naziri Qarabağdakı rus komandanla görüşdü
Tarix: 27-05-2022 | Saat: 15:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, görüşdə regiondakı vəziyyət müzakirə olunub.

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, general nazirə Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında hökm sürən vəziyyəti və cari məsələləri təqdim edib.

 

Tərəflər Rusiyanın regionda vəziyyəti sabitləşdirmək səylərini, eləcə də Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının effektivliyini yüksək qiymətləndiriblər.

 

Görüşdə həmçinin regional proseslərə dair fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

204 dəfə oxunub.

Digər xəbərlər