Saytımızı qiymətləndirin


 
 

Bəzi yerlərdə havanın temperaturu 29 dərəcə olacaq - PROQNOZ
Tarix: 27-05-2022 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah bəzi yerlərdə 25 dərəcə isti olacaq - PROQNOZ - VİDEO

Mayın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər
29-11-2022, 12:46 Sabah yağış yağacaq