Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 26-05-2022 | Saat: 16:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2933 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 354, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2086, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 715 913, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 872, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 256, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 275 580, pozitiv nəticədən sonra buster doza olunanların sayı 245 205 təşkil edir.



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70