Saytımızı qiymətləndirin


 
 

Selçuk Bayraktar: “Bir zaman ürəyimizdə yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir”
Tarix: 26-05-2022 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Selçuq Bayraktar

 

“Bu gün ölkələrin müstəqilliklərini qorumaları üçün yüksək texnologiyalara malik olmasının nə dərəcədə əhəmiyyətli olduğunu görürük”.

Bunu bu gün "Texnofest Azərbaycan" texnoloji festivalında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

Selçuq Bayraktar deyib ki, uğurların əsası inanmaqdan keçir: “İnsanı nə çətin anda belə motivasiya edən inancı və hədəflərdir. Atam Özdəmir Bayraktarın da dediyi kimi, haqqı üstün tutmağı inancınızda əsas götürün. İnanaraq başladığınız işdə ailənizə, ailənizdən də ötə millətinizə, millətinizdən də ötə dünyaya faydanı əsas götürün”.

O qeyd edib ki, iki ölkənin xalqları, dövlətləri ən çətin anlarda bir-birlərinə dəstək olublar: “Bizim də ürəyimizdə bir zaman bir yara olan Qarabağ indi qardaşlığımızın zirvəsidir. Şəhidlərimizi bir daha anmaq istəyirəm. Dost ən çətin gündə tanınar, ən çətin gündə də bir aradaydıq”.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər