Saytımızı qiymətləndirin


 
 

Azərbaycan hərbçiləri “Efes-2022”də tapşırıqları icra edib - VİDEO
Tarix: 26-05-2022 | Saat: 11:54
Bölmə:Karusel / Dünya | çapa göndər

“Efes-2022” çoxmillətli təlimi

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Qeyd edilib ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.

Azərbaycan hərbçiləri “Efes-2022”də tapşırıqları icra edib - VİDEO Azərbaycan hərbçiləri “Efes-2022”də tapşırıqları icra edib - VİDEO



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər