Saytımızı qiymətləndirin


 
 

Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi Zaqatala şəhərində maarifləndirici təlim keçirib
Tarix: 26-05-2022 | Saat: 10:30
Bölmə:Karusel / Region | çapa göndər

 

Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi 16-17 May tarixlərində Zaqatala şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Gənclər arasında zərərli dini baxışların sosial-psixoloji reabilitasiya, dini dözümlülük və multikulturalizmin təbliği” layihəsi çərçivəsində təlimlər keçirilib. Təlimlər Heydər Əliyev Mərkəzində baş tutub.
Qarabaginfo.az-ın xəbərinə görə, giriş sözü ilə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin məsləhətçisi Vüqar Məmmədov çıxış edib. Daha sonra çıxış edən “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Əhəd Kazımov həyata keçirdikləri layihə, habelə rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib.

AMEA Fəlsəfə və Sosialogiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Radif Mustafayev "Dini dözümlülük və multikulturalizmin təbliğində metodoloji yanaşmalara baxış” mövzusunda iştirakçılar üçün təlim keçirib.

2 günlük təlimlərdə 80 nəfər iştirak edib. İştirak edənlər arasında Mədəniyyət Mərkəzinin, N.Gəncəvi adına Mərkəzi Kitabxanalar Sisteminin və Zaqatala şəhər Uşaq İncəsənət Məktəbinin əməkdaşları, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri və Zaqatala rayon orta təhsil müəssisələrində psixologiya fənnini tədris edən müəllimlər olub

Təlimlər zamanı iştirakçıların din haqqında biliklərinin yoxlanılması üçün sorğu anketləri paylanıldı və aktiv müzakirələr aparıldı. Sorğu anketlərinin təhlili aparılacaq və bu təhlillər əsasında yeni layihələr təklif ediləcək.
Sonda iştirakçılar təlimlə bağlı fikirlərini bölüşdülər və onlar bu tipli mövzularda yeni təlimlərin keçirilməsini xahiş ediblər.

No description available.No description available.No description available.



Xəbəri paylaş

1314 dəfə oxunub.

Digər xəbərlər
10-08-2023, 16:57 Diyarbakırda ZƏLZƏLƏ