Saytımızı qiymətləndirin


 
 

İranda əhaliyə xəbərdarlıq edildi
Tarix: 26-05-2022 | Saat: 06:39
Bölmə:Karusel / Region | çapa göndər

İranda əhaliyə xəbərdarlıq edildi

İranın bir çox şəhərləri güclü qərb küləklərinin gətirdiyi deyilən toz qatlarının yaratdığı hava çirkliliyi ilə mübarizə aparır. Bəzi şəhərlərdə çirklənmə səviyyəsi dünənlə müqayisədə azalsa da, bəzilərində təhlükəli həddə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

Bildirilib ki, havanın çirklənməsi səbəbindən bir çox şəhərlərdə məktəblər, dövlət qurumları bağlanıb və rəsmi orqanlar tərəfindən banklar üçün minimum işçi heyəti ilə xidmət göstərilməsi qərara alınıb.

Əhvaz Tibb Elmləri Universitetinin İctimaiyyətlə Əlaqələr sözçüsü İrfan Mərdani Xuzistan əyalətində havada tozun artması səbəbindən son 48 saatda 1496 nəfərin tənəffüs şikayətləri ilə xəstəxanalara müraciət etdiyini bildirib.

Mərdani 1406 nəfərin ambulator müalicə aldığını, onlardan 34-nün normal xəstəxanalara, 56-nın isə xüsusi şöbələrə yerləşdirildiyini bildirib.

“Belə olan halda insanlar, xüsusən də ürək və tənəffüs yolları xəstələri, yaşlılar həkimlərin tövsiyələrinə tam əməl etməli, evdə mümkün qədər çox qalmalıdırlar", - o xəbərdarlıq edib.



Xəbəri paylaş

1202 dəfə oxunub.

Digər xəbərlər