Saytımızı qiymətləndirin


 
 

Makron və Ərdoğan arasında telefon danışığı gözlənilir
Tarix: 26-05-2022 | Saat: 06:19
Bölmə:Karusel / Siyasət | çapa göndər

Makron və Ərdoğan arasında telefon danışığı gözlənilir

Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə çərşənbə günü axşam “France-Presse” agentliyi məlumat yayıb.

Telefon danışığı Paris vaxtı ilə saat 11:30-da (Bakı vaxtı ilə 13:30) baş tutacaq.

Agentliyin məlumatına görə, söhbətin mövzularından biri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyi olacaq.



Xəbəri paylaş

1356 dəfə oxunub.

Digər xəbərlər