Saytımızı qiymətləndirin


 
 

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub
Tarix: 26-05-2022 | Saat: 00:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Actions de Elena Chane-Alune | Vert Ardent

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Dünyamalıyeva Adilə Sabir qızı və onun övladı 2020-ci il təvəllüdlü Dünyamalıyeva Banu Turan qızını, 1991-ci il təvəllüdlü Hacıyeva Türkan Qəhrəman qızı və onun övladı 2021-ci il təvəllüdlü Hacıyev Sabir Firuz oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Haciyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.

Faktla bağlı araşdırma aparılır .



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər