Saytımızı qiymətləndirin


 
 

“Gorus-Qafan yolu Azərbaycanındır” - Sarkisyanın qohumu sərhəd danışıqlarında
Tarix: 25-05-2022 | Saat: 15:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlardan bir gün sonra Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyasını yaradıblar.

 

Azərbaycandan komissiyaya baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Baş nazir müavini Mher Qriqoryan rəhbərlik edir. 

 

Qarabaginfo.az xəbər verir ki, ilk iclas dünən Azərbaycan və Ermənistan dövlətlərarası sərhədində baş tutub. İclasda razılığa gəlinib ki, dövlət sərhədlərinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclası gələn həftə Moskvada keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanı komissiyada baş nazirin müavini ilə bərabər 22 nümayəndə təmsil edir. Siyahıya bəzi nazirin müavinləri, rayon icra başçıları və digər rəsmilər daxildir.

 

Ermənistandan tərəfindən komissiyaya baş nazirin müavini ilə yanaşı, daha 11 rəsmi şəxs daxildir. Bunlar xarici işlər, müdafiə, ədliyyə və ərazi idarəsi nazirlərinin müavinləri, komitə sədrinin iki müavini, Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, Baş Qərargah rəisinin müavini, hərbi coğrafi xidmətin rəisidir.

 

Ermənistanın “Hraparak” qəzeti yazır ki, Nikol Paşinyan lazımsız başağrı yaratmamaq üçün icra rəhbərlərini komissiyaya daxil etməyib. Məlumata əsasən, komissiyada olanların hamısı Nikolun öz kadrlarıdır.

 

“Görünən odur ki, onlar Nikol Paşinyanın tapşırığını yerinə yetirəcəklər. Onlar komissiyasız qərar veriblər ki, Gorus-Qafan yolu Azərbaycanındır. Qaragölün 30%-i Azərbaycan tərəfində qalır və bunun uğrunda mübarizə aparmağa dəyməz. Nikol Paşinyan müharibədən sonra sərhədləri çəkməyə başlayıb. Paşinyan bunları yeni müharibə başlamasın, kreslosu sarsılmasın deyə edir. İndi bu proqramı komissiya həyata keçirəcək və məsuliyyət Paşinyanın üzərinə düşəcək. Ona görə də vacibdir ki, komissiyaya daxil olanlar tarixi missiyanı üzərlərinə götürəcəklərini dərk etsinlər, ona görə də Paşinyan yox, dövlət maraqlarını rəhbər tutsunlar”, - “Hraparak” qəzeti bildirir.

 

Həmçinin qeyd olunub ki, Ermənistanda yaradılan komissiyada müdafiə sahəsindən üç məsul şəxs təmsil olunur. Biri müdafiə nazirinin müavini, keçmiş polis rəisi, “Lampoçka” ləqəbli Arman Sarkisyan, digəri isə 2022-ci ildə bu vəzifəyə təyin olunmuş Baş Qərargah rəisinin müavini Arakel Martikyandır. O, ordunun köhnə üzvlərindən olsa da, müharibədən sonra Nikol Paşinyanın istefasını tələb edən Baş Qərargahın məlum bəyanatına imza atmayan müstəsna hərbçilərdəndir. 

 

Martikyan SSRİ ordusunda xidmət edib, 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinə xidmət edir. İllər əvvəl o, Ermənistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi, sonra Ermənistanın KTMT-dəki daimi nümayəndəsi olub. O, Baş Qərargahın işə qəbul idarəsinin rəisi, 2019-cu ildən Baş Kəşfiyyat İdarəsinin rəisi, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifələrində çalışıb.

 

Müdafiə sisteminin üçüncü nümayəndəsi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Hərbi-Coğrafi Xidmətinin rəisi Sergey Petrosyandır ki, o, 2020-ci ildə Azərbaycan və Rusiya arasında müqavilədən sonra Nikol Paşinyanın istefası tələbinə qoşulsa da, sonra itaətkarlıqla xidmətini davam etdirir.

 

Bundan başqa, komisiyada Milli Təhlükəsizlik Xidmətinin iki rəsmisi təmsil olunur. Bunlar Ermənistan MTX departamentinin rəhbəri David Sanamyan və MTN sərhəd qoşunlarının komandiri Arman Maralçyandır. Sonuncu Nikol Paşinyanın həmyerlisidir və müharibə zamanı rəsmən yüksəliş əldə edib.

 

O, 2005-2006-cı ilin avqust ayından Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında zabit, baş zabit, bölük gözətçisi, şöbə rəisi vəzifələrində xidmət edir. 2020 oktyabrın ortalarında isə sərhəd qoşunlarının komandanı təyin edilib. MTX departamentinin rəisi, polkovnik Davit Sanamyan sistemdə MTN-in direktoru olmaq arzusunda olan və bu vəzifəyə çatmaq üçün hər şeyə qadir güclü karyerist kimi tanınır.

 

Sözügedən komissiyada xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan da var. Eyni zamanda Serj Sarkisyanın kürəkəni Mixayel Minasyanın qardaşı, ədliyyə nazirinin müavini Qriqor Minasyan da var.

 

İllər əvvəl o, Taron Marqaryana qulluq edib, Nikol Paşinyana lağ edərək, şoumen deyib, indi isə “şoumen”in əsas adamlarındandır.

 

Komissiyada, həmçinin keçmiş ədliyyə naziri, 33 yaşlı Kadastr rəhbərinin müavini Narine Avaqyan da var. Şayiələrə görə, Narinenin komissiyaya seçilməsi üçün Mülki Apellyasiya Məhkəməsinin sədri Arsen Mkrtçyan vasitəçilik edib.(Modern.az) 



Xəbəri paylaş

1804 dəfə oxunub.

Digər xəbərlər