Saytımızı qiymətləndirin


 
 

Sentyabrda Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Tarix: 25-05-2022 | Saat: 14:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Sentyabrda Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək Sentyabrın 18-i və 19-da Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

Qarabaginfo.az xəbər verir ki, tədbirə Azərbaycan Respublikası Prezidentinin Şuşadakı Xüsusi Nümayəndəliyi, Azərbaycanın mədəniyyət və iqtisadiyyat nazirlikləri, ADA Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu ev sahibliyi edəcək.

Konfransa Qarabağda mədəniyyət sektorunun və yeni iqtisadiyyatın inkişafı, Şuşada yaradıcılıq iqtisadiyyatının formalaşdırılması ilə bağlı hesabatlar təqdim ediləcək.

Təqdim olunmuş hesabatlar əsasında Təşkilat Komitəsi tərəfindən seçilmiş iştirakçılar konfransa dəvət olunacaqlar.

Hesabatlar 15 000-20 000 simvoldan ibarət olmalı, elektron formatda, Azərbaycan, türk, rus və ya ingilis dillərində təqdim edilməlidir. Hesabatda müəllifin (müəlliflərin) adı, atasının adı və soyadı tam qeyd olunmalıdır. Bundan başqa müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı qurumun adı, elektron poçt ünvanı, əlaqə nömrəsi göstərilməlidir.

Hesabata maksimum 1000 simvoldan ibarət xülasə də əlavə edilməlidir.

Təşkilat Komitəsi hesabat üçün strukturu problemin ifadəsi, təhlil və qiymətləndirmə, nəticə, istinadlar (əlifba sırası ilə) şəklində tövsiyə edir.

Hesabatlar avqustun 18-dək Təşkilat Komitəsinin məsul katibi, iqtisad elmləri doktoru R.Sabirə ([email protected]) təqdim edilməlidir.




160 dəfə oxunub.

Digər xəbərlər