Saytımızı qiymətləndirin


 
 

“Barselona”nın prezidenti PSJ ilə müqavilə imzalayanları kölə adlandırdı
Tarix: 25-05-2022 | Saat: 12:35
Bölmə:Karusel / İdman | çapa göndər

“Barselona”nın prezidenti PSJ ilə müqavilə imzalayanları kölə adlandırdı

“Barselona”nın prezidenti Xuan Laporta maraqlı açıqlama verib.

Qarabaginfo.az xəbər verir ki, katalon klubunun rəhbəri PSJ ilə müqavilə imzalayan futbolçuların köləliyə imza atdıqlarını bildirib: 

“Leo Messi və Neymar'ın qayıdışı? Əgər onlar geri qayıtmaq istəsələr, sadəcə azad agent olaraq qayıda bilərlər. Biz onlar üçün pul ödəyə bilmərik. Lakin hətta transfer üçün ödəniş etmək imkanımız olsa idi də, bunu etməzdik. Bu, məntiqsiz addım olardı. Neymar mükəmməl oyunçudur, onu şəxsən bəyənirəm. Sadəcə PSJ kimi klubala müqaviləya imza atan futbolçular bir növ köləliyə imza atmış olurlar. Pul üçün...”.



Xəbəri paylaş

995 dəfə oxunub.

Digər xəbərlər