Saytımızı qiymətləndirin


 
 

528 hemodializ xəstəsində COVID-19 aşkar olunub
Tarix: 25-05-2022 | Saat: 11:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

528 hemodializ xəstəsində COVID-19 aşkar olunub

Pandemiya dövründə 528 hemodializ xəstəsində COVID-19 aşkar olunub.

Qarabaginfo.az xəbər verir ki, “2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər”də yer alıb.

Hesabatda bildirilir ki, “Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərinin maliyyə təminatı” tədbirləri çərçivəsində 2021-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar koronavirus aşkar olunan hemodializ xəstələrinin müalicəsini təmin etmək məqsədilə “Azersutikinti” xəstəxanasının nəznindəki hemodializ mərkəzində əlavə izolyasiya olunmuş dializ zalı yaradılıb və Bakı şəhərinin müxtəlif mərkəzlərində dializ alan xəstələrdə COVID-19 aşkar olunan zaman ora göndərilib, tam karantin müddəti bitənə qədər və təkrar müayinədə COVID-19 neqativ aşkar olunduqdan sonra öz müalicə şöbələrinə qaytarılıb. Həmçinin regional olaraq Masallı, Qazax və Mingəçevirdə analoji şöbələr təşkil olunub. Pandemiya dövründə 528 hemodializ xəstəsində COVID-19 aşkar olunub, seanslar uyğun şöbələrdə davam etdirilib. Eləcə də Zığ modul xəstəxanasında və Yeni Klinikada stasionar müalicə alan XBX xəstələrinə dializ yardımı təşkil edilib. 2021-ci il ərzində Səhiyyə Nazirliyinin dəstəyi və təminatı ilə Dövlət Proqramına uyğun olaraq böyrəkköçürmə əməliyyati aparılıb, onların immunosupressiv dərmanlarla təminatı da tam olaraq qarşılanıb.

Ümumilikdə 2021-ci ildə xroniki böyrək çatışmazlığı üzrə tədbirlərinin maliyyə təminatı çərçivəsində 34,2 milyon manat vəsait xərclənib.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70