Saytımızı qiymətləndirin


 
 

Yevlaxda mikroavtobus traktorla toqquşub, 2 nəfər xəsarət alıb
Tarix: 25-05-2022 | Saat: 10:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Yevlaxda mikroavtobus traktorla toqquşub, 2 nəfər xəsarət alıb

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə bu gün saat 4 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəd magistral yolunun 280-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, Kərimov Zaur Rəşid oğlunun idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus Allahverdizadə Ülvi Elxan oğlunun idarə etdiyi traktorla toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

778 dəfə oxunub.

Digər xəbərlər