Saytımızı qiymətləndirin


 
 

Deputatlardan spikerə MÜRACİƏT - Növbədənkənar sessiya çağırılır
Tarix: 19-05-2022 | Saat: 15:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclisin 42 deputatı növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı spikerə müraciət edib.


Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, deputatların bununla əlaqədar imzaladığı müraciət sədr Sahibə Qafarovaya təqdim edilib. 


Növbədənkənar sessiyanın müddəti haqqında mayın 31-i Milli Məclisin yaz sessiyasının başa çatmasından sonra qərar veriləcəyi bildirilir. 

Qeyd edək ki, may ayının 27-də parlamentin növbəti plenar iclası keçiriləcək.    


Onu da bildirək ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, Milli Məclisin sədri növbədənkənar sessiyanı prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Adətən, növbədənkənar sessiya iyun ayının 15-nə qədər yekunlaşır. 



Xəbəri paylaş

1218 dəfə oxunub.

Digər xəbərlər