Saytımızı qiymətləndirin


 
 

Türkiyə dünya güclərinin planlarını POZDU
Tarix: 19-05-2022 | Saat: 10:16
Bölmə:Karusel / Dünya | çapa göndər

Finlandiya və İsveç NATO-ya qoşulmaq istəsə də, Türkiyə buna icazə vermir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına qəti şəkildə razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir. Qardaş Türkiyə mövqeyini israrla müdafiə edərək, Finlandiya və İsveç qarşısında 10 təklifdən ibarət şərtlər qoyub. Əgər adları çəkilən ölkələr Türkiyənin şərtlərini qeyd-şərtsiz qəbul etsələr, NATO-ya üzv olmaq şansı qazanacaqlar.

 

Əslində Türkiyənin sərgilədiyi siyasət Qərb dünyasının planlarını alt-üst etdi. Ankara bununla NATO və digər beynəlxalq təşkilatların ikiüzlü və qərəzli siyasi xəttini ifşa etmiş oldu. İllərdir ki, Ukraynanın müraciətlərini görməzdən gələn NATO-nun bir anda Finlandiya və İsveçi üzvlüyə qəbul etmək həvəsinə düşməsi Avropanın saxta demokratiya pərdəsi arxasında gizlənməsindən xəbər verir.

 

Bu zaman ortaya suallar çıxır: niyə qanlı döyüş meydanına çevrilən Ukrayna yox, məhz Finlandiya və İsveçi üzv qəbul etmək istəyirlər? NATO-nun gerçək planı nədən ibarətdir?

 

Qarabaginfo.az xəbər verir ki, NATO ətrafında cərəyan edən prosesləri Modern.az-a şərh edən Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Finlandiya və İsveçin PKK terror təşkilatını dəstəkləməsi ilə əlaqədar olaraq Türkiyənin onlara münasibətdə sərgilədiyi mövqe tamamilə haqlıdır: 

 

“Faktiki olaraq məlumdur ki, Türkiyənin sadə vətəndaşları, dövlətin özü uzun illərdir ki, terror təhdidlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. Bundan əvvəl İraqın şimalında, eləcə də Suriyanın şimalında həyata keçirilən antiterror əməliyyatlarında başlıca məqsəd terror təhdidlərinin Türkiyənin sərhədlərindən uzaqlaşdırılması olub. Buna görə də, Finlandiya və İsveçin PKK terror təşkilatını dəstəkləməsi ilə əlaqədar Türkiyənin onlara münasibətdə sərgilədiyi mövqedə təəccüblü heç nə yoxdur”.

 


Ekspertin sözlərinə görə,  Finlandiya və İsveçin mövcud proseslər fonunda NATO-ya qoşulması məsələsi  maraq doğurur:


“Avropa Rusiya-Ukrayna müharibəsi ilə əslində çox böyük və dağıdıcı prosesin şahidi olmaqdadır. Belə bir vəziyyətdə Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin müzakirəsi olduqca düşündürücü məqamdır.  Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə mövcud konflikti yoluna qoymaq lazım olduğu halda belə addımların atılması, haqlı olaraq gələcəkdə regionda baş verəcək mümkün problemlərlə bağlı narahatlıq yaradır və Türkiyə də haqlı olaraq bu məqamı qabardır. Türkiyənin bu baxımdan hazırkı mövqeyi düşünürəm ki, regionun təhlükəsizliyi, konfliktləri dərinləşdirməyə deyil, əksinə həllinə çağırış kimi qiymətləndirilməlidir”.

 

Vüqar Zifəroğlu Türkiyənin NATO ilə bağlı addımını Rusiya ilə müttəfiqlik münasibətləri kontekstində nəzərdən keçirməyin doğru olmadığını düşünür:


“Əlbəttə, Türkiyə-Rusiya müttəfiqliyi var, ancaq bu o demək deyil ki, Türkiyə Ukraynadakı müharibəyə Rusiya ilə müttəfiqlik prizmasından yanaşır. Faktiki olaraq Türkiyə Ukraynaya kifayət qədər, istər humanitar, istər digər sahələrdə olsun, yardım edən əsas ölkələrdən biridir. Türkiyənin Ukraynaya yardımları, Ukrayna hökuməti tərəfindən dəfələlərlə yüksək şəkildə qiymətləndiilib”.


V.Zifəroğlu qeyd edib ki, Türkiyə həm də Qərbin ikili yanaşmasını ifşa edib:


“Burada digər maraqlı məqam ondan ibarətdir ki, Avropa Finlandiya və İsveçə dərhal "yaşıl işıq" yandırır, lakin Gürcüstan, elə Ukraynanın özü "yox" cavabı alır. Əslində bu özü Qərbin bir sıra ciddi məsələlərə ikili yanaşmasını göstərən bariz nümunə hesab edilə bilər”.

 

Qabil Hüseynli: “Nə Azərbaycan Fələstindir, nə də...” -

 

Politoloq Qabil Hüseynli qeyd edib ki, Türkiyənin hazırkı mövqeyi olduqca haqlıdır: “Çünki Finlandiya və İsveçdə PKK və PYD terror təşkilatlarının mənsublarına vətəndaşlıq verilir, onlar internet televiziyaları açırlar, qəzet buraxırlar, küçələrdə yürüşlər həyata keçirirlər. Qısası, Türkiyə dövlətçiliyinin əleyhinə çıxan terrorçulara bu ölkələrdə meydan verirlər”.

 

“Artıq Finlandiya və İsveç söz verib ki, belə halları yığışdıracaqlar və konsensus əldə ediləcək. Mənə elə gəlir Türkiyə bu məsələdə haqlı tərəfdir və istəyinə çatacaq. Nəticədə qardaş Türkiyə Avropada terrorçulara böyük zərbə vurmuş olacaq. Bu ölkələrdəki terrorçular müəyyən şəkildə neytrallaşdırılacaq. Türkiyə bu mövqeyi ilə həm də Avropanın qeyri-səmimiliyini ortaya çıxardı və bu məsələni aktuallaşdırdı”.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər