Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu: “ABŞ-la əməkdaşlığımızın inkişafı Cənubi Qafqaz üçün də vacibdir”
Tarix: 18-05-2022 | Saat: 23:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mövlud Çavuşoğlu

İstər beynəlxalq sülhün təmini, istərsə də koronavirusla mübarizə və Ukraynada müharibənin dayandırılması məsələsində Türkiyənin çox vacib ölkə olduğunu hər kəs gördü.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri zaman mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı ölkələri də artıq bunu anlayır.

“Bizim ABŞ-la bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək sədəcə iki ölkənin maraqları üçün deyil, həm də bölgəmiz, NATO, Avropa, Afrika, Yaxın Şərq və Cənubi Qafqaz üçün də vacibdir”,- deyə diplomat vurğulayıb.



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər