Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda son sutkada 7 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
Tarix: 17-05-2022 | Saat: 19:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda son sutkada 7 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 921 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 50 nəfərdir.

Ölkədə son sutka ərzində 3 110, hazırkı dövrədək isə 6 858 298 test aparılıb.



Xəbəri paylaş

1184 dəfə oxunub.

Digər xəbərlər