Saytımızı qiymətləndirin


 
 

Mikayıl Cabbarov: "KOB subyektlərinin ÜDM-də payı 60 %-ə çatacaq"
Tarix: 17-05-2022 | Saat: 11:49
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

KOB evi-nın funksiyası nədir və o sahibkarlara necə faydalı ola bilər?

2022-2026-cı illəri əhatə edən Strateji Plana uyğun olaraq Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin ümumi daxili məhsulda (ÜDM) payı 60 %-ə çatacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda bildirib.

Bundan başqa, onun sözlərinə görə, yaxın 4 ildə Azərbaycanda KOB subyektlərinin məşğulluqda payı 70 %, qeyri neft ixracında payı isə 40 % olacaq.

"Bu il Azərbaycanın xarici ticarətində rekord göstərici gözlənilir və buna Aİ ölkələri xüsusi töhfəsi verəcək. Son 10 ildə Aİ-nin 700-dən çox şirkətindən Azərbaycana birbaşa xarici investisiyaların məbləği 20 milyarddan avrodan çox olub", - deyə o, qeyd edib.



Xəbəri paylaş

1343 dəfə oxunub.

Digər xəbərlər